Haqqında

“PostalON” şirkəti Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən onlayn alış-verişin təbliğatını genişləndirmək məqsədi ilə fəaliyyət göstərən məhdud  məsuliyyətli cəmiyyət kimi qeydiyyata alınıb. Şirkətin əsas məqsədi yerli istifadəçilərin əcnəbi onlayn-mağazalarda işini asanlaşdırmaq, alınan məhsulların daşınması zamanı meydana gələ biləcək riskləri, xərcləri və daşınma vaxtını maksimum azaltmaq, mütəmadi olaraq xidmət standartlarını yüksəltməkdir.

Şirkət onlayn-mağazalardan məhsullar əldə edən istifadəçilərə ABŞ, Almaniya və Böyük Britaniyadakı ünvanlarını təqdim edir. Ünvanlar saytda qeyd olunub. Göstərilmiş ünvanlara çatdırılan bağlamalar Azərbaycana göndərilir və alıcı onları şirkətin ofisindən əldə edir.

«PostalON» un xidmətlərindən istifadə edən sifarişçilər şirkətin təqdim etdiyi xidmət şərtləri ilə razılaşırlar.

Qeydiyyat qaydaları, xidmət haqları və digər məlumatlar bu sənəddə, həmçinin şirkətin veb-saytında (www.postalon.az.) yer alıb.  Şərtlər gələcəkdə şirkətin qərarlarından asılı olaraq dəyişdiyində, veb-saytda yerləşdiriləcək və istifadəçilər onlara riayət etməli olacaq.