Qeydiyyat

İstifadəçilərin “PostalON” da qeydiyyatdan keçməsi ödənişsiz və könüllü surətdə baş verir. Qeydiyyat şirkətin rəsmi veb-səhifəsi olan “www.postalon.az”da həyata keçirilir. Qeydiyyatdan sonra istifadəçiyə şəxsi nömrə verilir. Bu nömrə şirkətin məlumat bazasında qeydə alınır və gələcəkdə məhsula aid olan ümumi kommersiya invoysunda, gömrük sənədləşmələrində istifadə olunur.

İstifadəçi öz məlumatlarının məxfiliyinin qorunması üçün şəxsən məsuliyyət daşıyır, həmçinin məlumatlarından istifadə etməklə üçüncü şəxslərin yerinə yetirdiyi əməliyyatları özü idarə edir. Qeydiyyatdan keçərkən istifadəçi tərəfindən daxil edilən məlumatlar məxfidir, yalnız qanun tələbi ilə açığa çıxarıla bilər.