İstifadəçinin vəzifəsi

Bağlamaların bəyannamələri məshul ABŞ, Almaniya və Böyük Britaniya ofisinə çatmadan öncə yazılmalıdır. Əks halda bəyannaməsi doldurulmayan bağlamalar Azərbaycana göndərilmir.

Təhlükəli yüklərin daşınması zamanı şirkəti bu haqda məlumatlandırmalıdır, yeri gəldikdə təhlükəsizlik tədbirləri ilə əlaqədar xəbərdar etməlidir. Əks halda belə yüklər istənilən yerdə və vaxtda boşaldıla, məhv edilə yaxud təhlükəsiz hala gətirilə bilərlər. Bu halda şirkət dəymiş zərəri istifadəçiyə geri ödəmir.

İstifadəçi bağlamanı və onun tərkibini ofisi tərk etmədən yoxlamalıdır. Ofisi tərk etdikdən sonra bağlamaların zədələnməsi yaxud bağlamanın natamamlığı ilə əlaqədar edilən iddialara baxılmır.

Şirkət ilə əlaqə saxlayarkən etik normalara riayət edilməlidir, şirkətə və əməkdaşlarına xidmət mərkəzində, telefon danışıqları və internet məkanlarında təhqiredici ifadələr deyilməməlidir. Şirkətin və əməkdaşlarının nüfuzuna xələl gətirəcək yanlış məlumatların yayılmasına yol verməməlidir. Bənzər halların yaşanması zamanı, şirkət bu məlumatların silinməsi və istifadəçiyə yenidən bərpa olunmamaq şərti ilə bir daha xidmət göstərilməməsi haqqını özündə saxlayır.