Tez-tez verilən suallar

Mənim ünvanım necə olacaq?

Qeydiyyatdan sonra sizin ABŞ, Almaniya və Böyük Britaniyada adi poçt ünvanınız olacaq. Onlayn-mağazadan sifariş verdiyiniz vaxt məhz bu ünvanı qeyd edin.

Bağlamaları hansı ölkələrdən sifariş etmək mümkündür?

Bağlamalarınızın ABŞ, Almaniya və Böyük Britaniyadan çatdırılmasını həyata keçiririk.

Çatdırılma qiyməti necə hesablanır?

Çatdırılma qiyməti bağlamanın həqiqi çəkisinə görə hesablanır.

Mənim bağlamam saytda göstəriləndən daha ağırdır. Niyə?

Bir çox hallarda, onlayn-mağazada göstərilən çəki bağlamanın həqiqi çəkisi ilə uyğun gəlmir. Buna görə, istifadəçi ofisdə bağlamasının yenidən ölçülməsini tələb edə bilər.

ABŞ, Almaniya və Böyük Britaniyada olarkən, bağlamanı Azərbaycana necə göndərmək olar?

Bağlamanı Azərbaycanda alacaq olan şəxs istifadəçi kimi bizim veb-səhifəmizdə qeydiyyatdan keçir və ünvanı avtomatik əldə edir. Siz bağlamanı istənilən poçt şöbəsindən alıcı şəxsin həmin ünvanına göndərə bilərsiniz. İstənilən vaxtda sizi maraqlandıran sualları [email protected] elektron ünvanına göndərin.

Bağlama otağımda görünmür. Nə edim?

İlk növbədə satıcıdan bağlamanın dəqiq statusunu alın, göndərildiyinə əmin olun. Daha sonra bağlamanın treking kodu ilə bizə müraciət edin.

Hansı onlayn-mağazadan sifariş edə bilərəm?

Siz ünvanlarınızı (ABŞ, Almaniya, Böyük Britaniya) istənilən onlayn-mağazada istifadə edə bilərsiniz. Hər mağazanın öz spesifikası və qaydaları olur. Məsələn, bəzi onlayn-mağazalar azərbaycan banklarının kartlarını qəbul etmir, yaxud tranzaksiya əməliyyatlarını yerinə yetirmir.

Bəyannaməni boş saxlamaq olar?

Bəyannamə mütləq öncədən doldurulmalıdır. Bəyannamənin tam və düzgün doldurulmasına görə istifadəçi məsuliyyət daşıyır. Bu əməliyyat bağlamanızın Azərbaycana vaxtında çatdırılması üçün vacibdir. Bağlamanızın bəyannaməsi doldurulmadığı halda bağlama göndərilməyəcək.