Məxfi̇li̇k Si̇yasəti̇

İstifadəçilərin POSTALON şirkəti tərəfindən əldə edilən və emal olunan şəxsi məlumatları 

Hazırkı “Siyasət” çərçivəsində “istifadəçinin şəxsi məlumatları” dedikdə aşağıdakılar başa düşülür:

1. Qeydiyyatdan keçən zaman (uçot qeydi yaradılarkən) və ya Servislərdən istifadə prosesində istifadəçinin özü haqqında müstəqil qaydada təqdim etdiyi şəxsi məlumat, o cümlədən istifadəçinin şəxsi verilənləri. Servislərin təqdim olunması (xidmətlərin göstərilməsi) üçün təqdim olunması məcburi olan məlumat xüsusi qaydada işarələnir. Digər məlumatları istifadəçi öz mülahizəsinə görə təqdim edir.

2. İstifadəçi haqqında digər məlumat, onun toplanması və / və ya təqdim olunması ayrı-ayrı Servislərin tənzimləyici sənədlərində müəyyən olunduğu halda.

3. Hazırkı Siyasət yalnız postalon.az Servisləri barəsində tətbiq oluna bilər. POSTALON şirkəti istifadəçinin postalon.az saytında əlçatan olan linklər üzrə keçid edə biləcəyi üçüncü şəxslərin saytlarına nəzarət etmir və onlara görə məsuliyyət daşımır. Bu cür saytlarda istifadəçidən digər şəxsi məlumat toplana və ya sorğu oluna, eləcə də digər hərəkətlər yerinə yetirilə bilər.

4. POSTALON şirkəti ümumi halda istifadəçilərin təqdim etdiyi şəxsi məlumatların mötəbərliyini yoxlamır və onların fəaliyyət qabiliyyətli olub-olmamasına nəzarət etmir. Lakin POSTALON şirkəti istifadəçinin qeydiyyat formasında təklif olunan məsələlər üzrə mötəbər və kifayət qədər şəxsi məlumatları təqdim etməsindən, qeydiyyat zamanı onun təqdim etdiyi şəxsi məlumatın şəxsən ona aid olmasından irəli gələrək, həmin məlumatın aktuallığını qoruyur. Qeyri-mötəbər məlumatın təqdim olunması riskini onu təqdim etmiş istifadəçi daşıyır.

5. İstifadəçinin onun şəxsi məlumatlarının emalına razılığı istifadəçinin saytda qeydiyyatdan keçdiyi andan qüvvəyə minir və müddətsiz olaraq qüvvəsini saxlayır, vaxtaşırı təsdiq etməni tələb etmir. POSTALON şirkəti şəxsi məlumatları onların toplandığı məqsədə nail olmaq üçün, və ya qanunvericiliyin və normativ aktların tələblərinə riayət etmək üçün tələb olunan müddət ərzində saxlayacaq.

İstifadəçilərin şəxsi məlumatlarının toplanması və emalı

POSTALON şirkəti qüvvədə olan qanunvericiliyə müvafiq qaydada yalnız Servislərin təqdim olunması və xidmətlərin göstərilməsi (istifadəçi ilə razılaşmaların və müqavilələrin icrası) üçün tələb olunan şəxsi məlumatları toplayır, emal edir və saxlayır.

POSTALON şirkəti istifadəçinin şəxsi məlumatlarını aşağıdakı məqsədlər üçün istifadə edə bilər:

1. POSTALON şirkəti ilə razılaşmalar və müqavilələr çərçivəsində tərəfin eyniləşdirilməsi.

2. POSTALON şirkətinin istifadəçi qarşısındakı müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün şəxsi məlumatların emalı;

3. İstifadəçi ilə əlaqə, o cümlədən Servislərin təqdim olunması, xidmətlərin göstərilməsinə dair bildirişlərin, sorğuların və məlumatın göndərilməsi, eləcə də istifadəçidən daxil olan sorğu və sifarişlərin emalı;

4. Servislərin keyfiyyətinin, onların istifadə rahatlığının yaxşılaşdırılması, yeni Servis və xidmətlərin işlənib hazırlanması;

5. Reklam materiallarının targetləşdirilməsi;

6. Təbliğatın, xidmətlərimizin və marketinq materiallarımızın yayılması üzrə POSTALON şirkətinin mənafeyinin qorunması. 

İstifadəçinin şəxsi məlumatlarının emalı və üçüncü şəxslərə ötürülməsi şərtləri

İstifadəçinin özünə aid məlumatı könüllü surətdə qeyri-məhdud sayda şəxs üçün ümumi əlçatan olması şərti ilə təqdim etdiyi hallar istisna olmaqla istifadəçinin şəxsi məlumatlarının məxfiliyi təmin olunur. 

Aşağıdakı hallarda POSTALON şirkəti istifadəçinin şəxsi məlumatlarını üçüncü şəxslərə təqdim edə bilər:

1. İstifadəçi bu cür hərəkətə razılıq verdiyi halda;

2. Bu cür təqdim etmə istifadəçinin müəyyən Servisdən istifadəsi çərçivəsində və ya istifadəçiyə xidmət göstərilməsi üçün tələb olunduğu halda;

3. Bu cür təqdim etmə qanunvericiliklə müəyyən olunmuş çərçivədə Azərbaycan Respublikasının qanunvericiliyi və ya digər tətbiq olunan qanunvericiliklə nəzərdə tutulduğu halda.

İstifadəçinin şəxsi məlumatlarını dəyişməsi

1. İstifadəçi “Şəxsi kabinet” bölməsində şəxsi məlumatların redaktə olunması funksiyasını istifadə etməklə istənilən vaxt təqdim etdiyi şəxsi məlumatları və ya onların bir hissəsini, eləcə də məxfilik parametrlərini dəyişə (yeniləyə, əlavə edə) bilər. Təqdim olunmuş şəxsi məlumat natamam, köhnəlmiş, qeyri-dəqiq olduqda və ya sifariş olunmuş emal məqsədi üçün zəruri olmadıqda İstifadəçi təqdim etdiyi şəxsi məlumatı və ya onun bir hissəsini dəqiqləşdirməyi, blok etməyi və ya məhv etməyi (ləğv etməyi) POSTALON şirkətindən tələb etmək, eləcə də öz hüquqlarının müdafiəsi üzrə qanunla nəzərdə tutulmuş tədbirləri görmək hüququna malikdir.

Şəxsi məlumatın qorunması üçün görülən tədbirlər

1. POSTALON şirkəti istifadəçinin şəxsi məlumatını qanunsuz və ya təsadüfi istifadədən, məhv olmaqdan, dəyişməkdən, blok edilməkdən, surətinin çıxarılmasından, yayılmaqdan, eləcə də üçüncü şəxslərin həmin məlumatla bağlı digər qeyri-qanuni hərəkətlərindən qorumaq üçün zəruri və kifayət edən təşkilati və texniki tədbirlər görür.

Məxfilik siyasətinin dəyişməsi

1. POSTALON şirkəti hazırkı Məxfilik siyasətinə dəyişiklik etmək hüququna malikdir.

Hazırkı Məxfilik siyasəti barəsində və Məxfilik siyasətinin tətbiq olunması ilə bağlı istifadəçi ilə POSTALON şirkəti arasında yaranan münasibətlər barəsində Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur.

2. POSTALON şirkəti istifadəçilərin şəxsi məlumatlarının emalı zamanı Azərbaycan Respublikasının qanunlarını rəhbər tutur.