TÜRKİYƏDƏN SİFARİŞ

Aşağıda verilmiş “Türkiyədən sifariş” xidmətinin göstərilməsi üzrə qaydalar POSTALON şirkətinin internet mağazalarda seçilmiş mallara görə vəsaitlərin ödənilməsi üzrə servis xidmətlərini göstərməsinin əsasını təşkil edən məcburi şərtlərdir. Hazırkı servis 5% həcmində bank komissiyasının tutulmasını nəzərdə tutur.

1. Hazırkı sənəddə aşağıdakı terminlər və təriflərdən istifadə olunur:

1.1. Xidmət – Sifarişçinin həmin servisin imkanlarından istifadəsinin təmin edilməsi üzrə informasiya xidməti, Sifarişçinin ödənişinin POSTALON şirkətinin bank hesabına köçürülməsi, sonradan isə vəsaitlərin Sifarişçi tərəfindən seçilmiş malın birbaşa alışını həyata keçirən Türkiyədəki tərəfdaş şirkətin adına köçürülməsi xidməti.

1.2. Sİfarişçiwww.postalon.az saytında qeydiyyatdan keçmiş fiziki və ya hüquqi şəxs.

1.3. İcraçı – "POSTALON" MMC.

1.4. Sifariş – seçilmiş malın keçidinin göndərilməsi yolu ilə Sifarişçi tərəfindən Saytın müvafiq səhifəsində və ya onun Şəxsi Kabinetində yerləşdirilən Xidmətlərin göstərilməsi üçün ayrıca sifariş.

1.5. Şəxsi Kabinet – Sifarişçinin www.postalon.az saytında qeydiyyatdan keçməklə daxil olmaq hüququnu əldə etdiyi sayt bölməsi.

1.6. Balans – göstərilən xidmətə görə Sifarişçi tərəfindən ödənilmiş və silinmiş pul vəsaitləri haqqında məlumat.

1.7. Valyuta – xidmətin göstərilməsi üçün nəzərdə tutulmuş ödəniş valyutası – TL.

1.8. Bank komissiyası – Sifariş xidmətinin göstərilməsinə görə 5% komissiya haqqının tutulması.

2. Xidmət göstərmə qaydası.

2.1. İcraçı Sifarişləri arıdıcıllıqla həyata keçirməyi öhdəsinə götürür. Sifarişin həyata keçirilməsinin təsbit olunmuş müddəti hazırkı qayda ilə nəzərdə tutulmayıb.

2.2.  Sifarişçi Sifarişin həyata keçirilməsi üçün tələb olunan bütün məlumatı təqdim etməlidir (keçid göndərməli, seçilmiş malın dəqiq ölçüsünü və rəngini qeyd etməlidir).

2.3. Hazırkı qaydalar toplusu ilə Sifarişçi hər bir Sifarişə görə 5% bank komissiyasının tutulduğu barədə məlumatlandırılır. Bir neçə Sifariş bir dəfəyə ödənildikdə, komissiya Sifarişin ümumi dəyərindən tutulur.

3. Tərəflərin məsuliyyəti

3.1. Ölkə daxilində çatdırmanın dəyəri Sifarişçi tərəfindən ödənilir. Sifariş verilən anda Türkiyə daxilində çatdırmanın dəyəri ödnilmədiyi halda (həmin dəyər satıcının saytında göstərilir), Sifarişçi malı aldığı anda həmin dəyəri ödəməyi öhdəsinə götürür.

3.2. İcraçı satıcının göndərdiyi malın məzmununa, keyfiyyətinə, rənginə və ya ölçüsünə, eləcə də onun İcraçının Türkiyədəki anbarına çatdırılma müddətinə görə məsuliyyət daşımır.

3.3. İcraçı avia qaimələrin və malın nəql edilməsi üçün tələb olunan digər yanaşı gedən sənədlərin düzgün tərtib olunmasına görə məsuliyyət daşıyır.

3.4. İcraçı yükün göndərənin ölkəsindən çıxışı ilə bağlı dəyişikliklər barədə Sifarişçiyə vaxtında məlumat verməyi öhdəsinə götürür, lakin plandan kənar yoxlamalarla, Azərbaycan Respublikasının cari gömrük prosedurlarına edilmiş dəyişikliklər və ya yeniliklərlə əlaqədar aviadaşıyıcının reyslərinin təxirə salınması ilə bağlı gecikmələrə və ya gömrük təmizləməsi zamanı baş verən gecikmələrə görə məsuliyyət daşımır.

4. Pul vəsaitlərinin geri qaytarılmasının şərtləri

4.1. Sifariş zamanı yaranan problemlər (satıcıda seçilmiş ölçünün, rəngin və ya malın özünün olmaması) 5% həcmində bank komissiyası nəzərə alınmadan pul vəsaitlərinin Sifarişçiyə geri qaytarılması üçün zəmanət təşkil edir. Sifarişçinin bankı tərəfindən əməliyyatın işlənmə sürətindən asılı olaraq pul vəsaitlərinin geri qaytarılmasının müddəti 5 iş günündən 20 iş gününə qədər təşkil edir.

4.2. Qadağan olunmuş məhsullar siyahısında təqdim olunmuş mallara görə Sifarişlər yerinə yetirilməyəcək. Sifarişçi Qadağan olunmuş məhsullar siyahısında təqdim olunmuş mal üçün Sifariş yerləşdirdiyi halda İcraçı 5% həcmində bank komissiyası nəzərə alınmadan pul vəsaitlərinin geri qaytarılacağına zəmanət verir.

5. Digər şərtlər

5.1. İcraçı yalnız yoxlanmış internet mağazalardan sifarişlər verməyi tövsiyə edir.

5.2.  Sifarişlə bağlı problem yarandığı halda İcraçı Sifarişçinin qeyd etdiyi telefon nömrəsi ilə Sifarişçi ilə əlaqə saxlayacaq, Sifarişçinin elektron ünvanına SMS və ya bildiriş göndərəcək.

 

İcraçı həmin Xidmətin hazırkı Qaydaların normalarına müvafiq olaraq göstəriləcəyinə dair zəmanət verir.

Sifarişçi həmin Xidməti hazırkı Qaydaların normalarına müvafiq olaraq istifadə edəcəyinə dair zəmanət verir.